Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin gecə və axşam əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.