Azərbaycanda dəhşətli yol qəzası: 5 nəfər öldü

Azərbaycanda dəhşətli yol qəzası: 5 nəfər öldü
Bütün Xəbərlər
13:36 07.11.2011
1775
Goranboyda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün saat 16.00 radələrində “VAZ-2106” markalı avtomobillə “Volkswagen Passat” markalı minik maşınının toqquşması nəticəsində baş verib. Qəzada 3 nəfər - Tovuz rayonu Aşağı Ayıblı kənd sakinləri, 1988-ci il təvəllüdlü Aslanov Vasif Ələddin oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Rüstəm Xaliq oğlu, Tovuz rayon Alakol kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Babək Cavanşir oğlu hadisə yerində ölüblər.Tovuz rayon Alakol kənd sakini, 1985-ci il təvəllüdlü İsayev Səyyaf Mənsur oğlu Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, S.İsayev həkim nəzarətinə götürüləndən təqribən 1 saat sonra dünyasını dəyişib.Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəza nəticəsində yaralanan iki nəfər və ölmüş bir nəfər isə Yevlax MRX-ya çatdırılıb. Yaralılar Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Əliyev Kəmaləddin Nəsirulla oğlu və onun oğlu Nəsirli Elmir Kəmaləddin oğludur.Yevlax Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə gətirilən meyitin üzərində isə hər hansı sənəd olmadığından onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin Təhqiqat və İstintaq şöbəsində cinayət işi başlanıb.Dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar əldə etmişik. Milli.Az-a verilən məlumata görə, yol qəzası toy mərasimindən qayıdarkən baş verib. Dünyasını dəyişən 25 yaşlı Babək Zamanov Tovuz rayonunda bir müddət əvvəl rəhmətə getmiş tanınmış həkim Cavanşir Zamanovun oğludur. B.Zamanovun bir neçə gündən sonra toyu olmalıymış. Hətta ölümündən bir gün əvvəl gəlinin cehizi gətirilibmiş. Mərhumlardan biri isə bir neçə gün əvvəl evlənib.
OXŞAR XƏBƏRLƏR