Bakıya qar yağacaq

Bakıya qar yağacaq
Bütün Xəbərlər
02:22 07.11.2011
1675

Noyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

Azxeber.com xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin anomal soyuq, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Gecədən bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı vardır. Temperaturun gecə və gündüz 0-4° isti olacağı gözlənilir. Bakıda temperaturun gecə və gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan normadan xeyli yüksək 777 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı vardır.Temperatur gecə 4° şaxtadan 1° -dək isti, gündüz 2-6° isti olacaqdır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv olacağı ehtimalı vardır. Temperatur gecə 5-10 ° şaxta, gündüz 0-5 ° şaxta olacaqdır. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 0-3° isti, gündüz 1-4° isti olacaqdır.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır. Temperatur gecə 0-5° şaxta, gündüz 0-30 isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta təşkil edəcəkdir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, arabir yağıntının intensiv olacağı gözlənilir. Yağıntının gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı vardır.Temperatur gecə 2° şaxtadan 3° – dək isti, gündüz 3-7° isti olacaqdır.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayı-ayrı rayonlarda yağıntının intensiv, güclü olacağı ehtimalı vardır.
OXŞAR XƏBƏRLƏR