Kürd gənclər prezident İlham Əliyevə müraciət etdilər
Bütün Xəbərlər
09:44 29.06.2011
2260
AZXEBER.com-un məlumatına görə, "Diplomat" qəzetinin redaktoru Tahir Süleymanov bildirib ki, müraciətin məqsədi digər azsaylı xalqlara yaradılan şəraitin kürdlər üçün də yaradılmasıdır: “Bu gün Azərbaycanda yaşayan digər azsaylı xalqların folklorunu, mədəniyyətinin təbliğini telekanallarda görmək mümükündü. Lakin kürd xalqına qarşı mənfi münaisbət mövcuddur. Bu münasibəti aradan qaldırmaq üçün Azərbaycan prezidentindən kömək istəyirik”.
Kürd gəncləri adından çıxış edən Nicat Cəbrayılovun sözlərinə görə kürd xalqı assimilyasiya mərhələsindədir və belə davam etsə bir xalq kimi aradan çıxmaq təhlükəsi var: “Biz kürd xalqının aradan çıxmaması üçün bu müraciəti ünvanlayırıq. Kürd mədəniyyətinin təbliğ edilməsi, kürd dilində məktəblər və dil kursları yaradılması, kürd mədəniyyət mərkəzlərinin açılmasına Azərbaycan dövləti öz yardımını göstərərsə bu kimi problemlər aradan qalxa bilər.
Tədbirdə həmçinin ermənilərin təkcə Azərbaycan türklərini deyil, 1915-ci ildə səkkiz yüz min müsəlman kürdünü qətlə yetirməsi ilə bağlı məlumatlar verilib.