AZXEBER.COM portalının “CNNTÜRK”ə istinadən verdiyi xəbərə görə, millət vəkili 30 iyun 1996-cı ildə 8 əsgəri şəhid edən PKK terrorçusunu tərfiləyərək "Bu gün rahat siyasətlə məşğul olmağımızı, bu qədər rahat danışmağımızı bu dostumuza borcluyuq" deyib.
Türkiyədə PKK ideologiyasının dəstəkçisi kimi tanınan BDP-nin İstanbul millət vəkili, seçicilərinin qarşısındakı çıxışı zamanı hakimiyyətə sərt ismarıclar da, göndərib.
Qeyd edək ki, 30 iyun 1996-cı il tarixində Tuncəli şəhər mərkəzində əsgərlərin yanında özünü partladan qadın 8 nəfərin həyatına son qoymuşdu. Terror aktı zamanı 29 əsgər yaralanmışdı.