Azərbaycan interneti “Eurovision–2012” mahnı müsabiqəsinə hazırdırmı?
Bütün Xəbərlər
06:08 23.06.2011
1526
AİF-dən verilən məlumata görə tədbirdə “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Azərbaycan İnternetində görülməsi vacib olan məsələlər, həmçinin tədbir ərəfəsində Azərbaycan İnternetində yarana biləcək problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılacaq.
Müsabiqənin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan İnternetinin kontent və texniki-texnoloji istiqamətləri üzrə AİF ilkin təkliflərini də hazırlayıb. Prezident tərəfindən “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə də tədbirdə yaxından iştirak edilməsi ilə bağlı müraciət göndəriləcək.