YAP xeyriyyə konserti keçirdi

YAP xeyriyyə konserti keçirdi
Bütün Xəbərlər
17:58 16.06.2011
1434

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədi ilə xeyriyyə konserti keçirilib. Konsertdən əldə olunan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürüləcək.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə təsis edilib. Fondun əsasnaməsinə əsasən, yığılan vəsait silahlı qüvvələrin maddi-texniki bazasının inkişafı, hərbi kadrların hazırlanması, hərbçilərin sosial və məişət problemlərinin həlli məqsədlərinə yönəldilir.

 

OXŞAR XƏBƏRLƏR