Balakəndə “ZİL” aşdı: 1 ölü, 20 yaralı

Bütün Xəbərlər
11:20 04.05.2011
1622
Balakən Aviasiya Mərkəzində keçirilən paraşüt yarışlarına gedən Zaqatala sürücülük məktəbinin dinləyicilərinin olduğu “ZİL 130″ markalı maşın dönmə əməliyyatını yerinə yetirərkən aşıb. Nəticədə sürücü 1958-ci il təvəllüdlü Fazil Mollaçıyev ölüb, 20-yə yaxın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılardan 2-nin vəziyyəti orta ağırdır.

Hazırda qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

OXŞAR XƏBƏRLƏR