Akif Nağı Flipp Kirkorovla İrina Alleqrovanın konsertinə gedənləri milli mənəviyyatsız adlandırdı

Akif Nağı Flipp Kirkorovla İrina Alleqrovanın konsertinə gedənləri milli mənəviyyatsız adlandırdı
Bütün Xəbərlər
12:50 05.03.2011
1555

İ.Alleqrova Azərbaycan haqqında heç bir təəssüratını bölüşməsə də, F.Kirkorov Bakı barədə xoş fikirlər bildirib və Azərbaycana gəlişinə mane olanlar haqda eyhamla danışıb.

Qeyd edək ki, əvvəlcədən hər iki sənətçinin Azərbaycana gəlişini əngəlləmək barədə Qarabağ Azadlıq Təşkilatı (QAT) bəyanat vermişdi. Təşkilatın sədri Akif Nağı dünən bizimlə söhbətində həmin gün konsert öncəsi keçirdikləri etiraz aksiyasından danışarkən dedi ki, polis piketə maneə yaratsa da onlar öz şüar və etirazlarını F.Kirkorov Heydər Əliyev Sarayına daxil olan ərəfədə səsləndiriblər: “Həmin gün biz şahidi olduq ki, özünü kosmopolit düşüncəli hesab edib nə qədər milli mənəviyyatını itirmiş, manqurtlaşmış azərbaycanlılar var. Erməni müğənninin konsertinə baha qiymətə bilet tapmaqdan əlavə 150-200 manatlıq gül buketləri də hədiyyə ediblər. Biz onları qınaq hədəfinə çevirdik, öz etirazımızı bildirərək dedik ki, erməniyə şərəf verib xərclədiyiniz paraların onda birini Qarabağdan didərgin düşüb uşaq evində qalan uşaqlara verərdiniz”.

Heç bir mədəni tədbirin əleyhinə olmadığını bildirən A.Nağı F.Kirkorovun Azərbaycan haqqında təəssüratlarında səmimiyyətinə inanmadığını bildirdi: “Heç olmasa o, Azərbaycanın Qarabağ itkisi ilə bağlı danışaydı. Yaxud İrina Alleqrova Azərbaycanın çörəyini yeyib, şöhrətlənib, heç olmasa bunu dilinə gətirəydi. Bəstəkar Faiq Sücəddinov jurnalistləri savadsızlıqda suçlayıb deyir ki, o, yəhudi əsillidir. Amma biz araşdırma apardıq və məlum oldu ki, onun atasının soyadı Sərkisyandır”.
QAT sədri sonda bildirdi ki, təşkilat torpaqlarımız işğaldan azad olmayana qədər bu cür mübarizəni davam etdirəcək.

//”Yeni Müsavat”

 

OXŞAR XƏBƏRLƏR