Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub. Bu barədə məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, səfirlikdə mühasib işləyən Nicat Qocayev ötən gün axşam işdən evə qayıdarkən güllə yarası alıb və həlak olub.
XİN rəsmisi onun meyitinin evakuasiya üçün göndərilən təyyarələrlə bu gün Azərbaycana gətirilə biləcəyini bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək.
Azərbaycan XİN hazırda Misirdə olan həmvətənlərimizdən xahiş edirik ki, təcili surətdə Azərbaycanın Qahirədəki səfirliyində yaradılmış “Qaynar xətt”ə aşağıdakı telefonlarla zəng etsinlər: 00201 69 14 2848 i 00201 08 15 8628.
Qeyd edək ki, hazırda Misirdə 70 Azərbaycan vətəndaşı yaşayır və təhsil alır.
//Ans Press