Əli Əhmədov: "Sarkisyan yenə sərsəmləyir"

Bütün Xəbərlər
21:39 27.01.2011
1570
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bu məsələyə münasibət bildirərkən deyib ki, bu Sarkisyanın növbəti sərsəm bəyanatlarından biridir. Onun sözlərinə görə, Azərbaycan bir qarış torpağını belə kimsəyə vermək fikrində deyil. “Dəfələrlə Azərbaycan prezidenti bəyan edib ki, bizim bir qarış torpağımızı kimsəyə güzəştə getmək niyyətimiz yoxdur. Birincisi, Azərbaycanın haqq işi bunu tələb edir, ikincisi beynəlxalq hüquq bunu tələb edir, üçüncüsü Azərbaycan xalqının iradəsi bunu tələb edir, dördüncüsü Azərbaycan gündən-günə artan iqtisadi potensialı buna imkan verir. Nəhayət Azərbaycan ordusunun gücü, əsgərlərin mətinliyi qarşıya qoyduğumuz milli vəzifəyə çatmağımıza kömək edir. Özü də Sarkisyan başda olmaqla, kimin sərsəm bəyanat verməsindən asılı olmayaraq”.

Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov isə ANS-ə bildirib ki, Serj Sarkisyanın belə populist bəyənatları daxili auditoriyada xal qazanmağa hesablanıb. “Beynəlxalq qaydaları pozan, başqa ölkərin ərazilərini işğal edən, etnik təmizləmə aparan, bu siyəsətindən əl çəkməyən dövlətlər dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək. Ermənistan prezidentinin belə populist bəyənatları daxili auditoriyada xal qazanmağa hesablanıb”,- deyə Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyətə artıq məlumdur. O, beynəlxalq aləmin gec-tez Ermənistanı Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur edəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR