Müğənni Niyamməddin Musayev yol qəzasına düşüb

Bütün Xəbərlər
08:31 28.01.2011
2403

“Xalqlar Dostluğu” istiqamətindən Əhmədli metrostansiyası istiqamətinə hərəkət edən “Toyota Prado” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobilin hissələri bir neçə metr kənara dağılıb.

Hadisənin şahidləri ANS-in kamerasının önünə keçmək istəməsələr də maşını Xalq artisti Niyaməddin Musayevinidarə etdiyini bildirdilər. Onların sözlərinə görə hadisədən bir neçə dəqiqə sonra Xalq artisti başqa bir maşınla ərazidən uzaqlaşdırılıb.

Şahidlər qəza zamanı sənətkarın xəsarət alamadığını bildiriblər.

 

OXŞAR XƏBƏRLƏR