“Cənab nazir, nəzərinizə çatdırıram ki, 19 noyabr 2010-cu ildə, səhər saat 04:57-də mənim adıma qeydiyyatda olan 050-XXXXXXX nömrəli telefona anonim zəng daxil olub. Zəngin ümumi müddəti 34 saniyə olub. Anonim zəngi qəbul edəndə yuxulu olduğumdan ilk deyilənləri tam anlamadım, amma şəxs sonda "Gəncliyinə yazığın gəlsin" deyib zəngi sonlandırdı. Mən bu zəngin siyasi baxışlarımla əlaqəli olduğunu güman edir, təhlükəsizliyimdən narahatlığımı ifadə edir və sizdən xahiş edirəm ki, zəngin kim tərəfindən və niyə edildiyini araşdırasınız”.
Bu, B.Hacıyevin daxili işlər nazirinə ikinci müraciətdir. Bundan əvvəl isə Bəxtiyar Hacıyev noyabrın 6-da Ramil Usubova müraciət edərək vətəndaş Laçın Məmişovun onu təhdid etdiyini, təhqiramiz ifadələr işlətdiyini, şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyəcək böhtanlar atdığını bildirib. Nazirdən vətəndaşın hədələrinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini xahiş edib./// var.az