Medvedyev “WikiLeaks”- də yayılan sənədlərə münasibət bildirib

Bütün Xəbərlər
13:54 03.12.2010
1725

İtaliya Baş naziri Silvio Berluskoni ilə Soçidə mətbuat konfransı keçirən Medvedev, yayılan məlumatların Rusiya-ABŞ əlaqələrinə heç bir təsir etməyəcəyini açıqlayıb:"Hər hansı bir sızan məlumat ABŞ-Rusiya əlaqələrinə təsir dəcək qədər önəmli deyildir. Müxtəlif ölkələrin -burada ABŞ-ı nəzərdə tuturam- xüsusilə də xarici siyasət yanaşmalarında və qiymətləndirmələrində bir yuxarıdan baxış nümayiş etdirdikləri görülür”.

Medvedev, Rus diplomatlarından bənzər məlumatların nəşr olunması şəraitində Amerikalıların xeyli razı qalacaqlarını da qeyd edib.

Yayılan sənədlərdə Rusiyanın Gürcüstanın bölgələrini silahlandırdığı, Rus təşkilatlarının PKK-ya dəstək verdiyi, Rusiya rəhbərliyinin mafiyanın idarəsində olduğu, rüşvət çarxının 300 milyard dollara qalxdığı kimi bir sıra iddialar yer alır.

 


 

OXŞAR XƏBƏRLƏR