AFFA “Qarabağ”ı cəzalandırdı

AFFA “Qarabağ”ı cəzalandırdı
İDMAN
15:19 30.11.2016
1297

AFFA-nın İntizam Komitəsi Topaz  Premyer Liqasının XIII turunun qalmaqallı "Qarabağ” – "Qəbələ” matçında baş verənləri müzakirə edib.

 

Komitə üzvləri görüş zamanı yaşanan neqativ hallara hüquqi qiymət veriblər. Ağdam təmsilçisi ümumilikdə 6400 manat cəriməyə məruz qalıb.

 

Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan  "Qarabağ” 800 manat cərimə olunub.

 

Oyunun 39-cu dəqiqəsində ev sahiblərinin məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

 

Qarşılaşmanın 90+4-cü dəqiqəsində yaşananlar da komitənin diqqətindən yayınmayıb. "Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, ağdamlılara 3200 manat cərimə kəsilib.

 

Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, 90+4-cü dəqiqədə "Qarabağ”ın digər üzvü Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Lakin bu hakimin diqqətindən yayınıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat xərcə düşüb.

 

"Qarabağ”ın 2-ci qolundan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.

 

Növbəti ev oyunlarında "Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki kluba nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tapşırılıb.

 

///Apasport.az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır