Ramil Usubov iki rəisi işdən çıxardı

Ramil Usubov iki rəisi işdən çıxardı
SOSİAL
18:19 14.01.2017
4827
Daxili işlər orqanlarına kadr dəyişikliyi olub. 
 
Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. 

Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nərimanov RPİ-nın rəisi təyin edilib.
///

Report

 

 
 
OXŞAR XƏBƏRLƏR