Azərbaycan Prezidenti İrana səfər edəcək

Azərbaycan Prezidenti İrana səfər edəcək
SİYASƏT
12:27 01.02.2017
757

 

Azərbaycan Prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.  

"Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır”, - deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib. 

///APA
OXŞAR XƏBƏRLƏR