Oqtay Əsədovdan deputatları danladı: "Bura seçilmisənsə, işin burada olmalıdır"

Oqtay Əsədovdan deputatları danladı:  "Bura seçilmisənsə, işin burada olmalıdır"
SİYASƏT
16:52 01.02.2017
4180

Milli Məclisin sədri Oqtay Əsədov davamiyyətlə bağlı deputatlara xəbərdarlıq edib.

Parlamentin bu gün keçirilən plenar iclasında sədr deyib ki, deputalar Milli Məclisin iclasında iştirak etməlidirlər: "Necə edək? Günün ikinci yarısında da qeydiyyatdan keçməliyik? Biri deyir, görüşüm, işim vardı. Bura seçilmisənsə, işin burada olmalıdır, görüş yeriniz Milli Məclisdir”.

O deputatlara bu məsələdə diqqətli olmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR