Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
İDMAN
16:48 05.09.2017
1268
Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb.

Prezentasiya bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb. 
/// azvision.az
OXŞAR XƏBƏRLƏR