Lapşinin anası Bakıya gəlir

Lapşinin anası Bakıya gəlir
SOSİAL
12:17 12.09.2017
1191

Bloqer Aleksandr Lapşinin İsrailə göndərilməsi bu gün mümkün olmayacaq.

Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

E. Çernin deyib ki, Lapşinin anası Bakıya gəlməlidir: "Anası Bella Lapşina bura gəlmək istəyir, ona görə gözləməli olduq. Lapşin bir-iki günə İsrailə göndəriləcək”.

Vəkili onu da qeyd edib ki, hazırda xəstəxanada olan A. Lapşinin səhhəti normaldır.

OXŞAR XƏBƏRLƏR