2018-ci ilin beş ən ciddi prosesi nələr olacaq?

2018-ci ilin beş ən ciddi prosesi nələr olacaq?
HADİSƏ
18:48 28.12.2017
2215

"Reuters”  informasiya agentliyi 2018-ci ildə hansı proseslərin izlənməli olması haqda şərh dərc edib.

1. Mueller-in Rusiya istintaqı Trump-ın prezidentliyinə son qoyacaqmı?

Müəllif Peter Apps yazır ki, gələn il ABŞ prezidenti Donald Tram-ın özündən sonra hansı irsi qoyacağı aydın olacaq. Əvvəla, xüsusi prokuror Robert Müllerin  Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə dair araşdırmasının nə dərəcədə məntiqi olması aydınlaşacaq. Əgər yüksək profilli şəxslərin həbsləri davam eləsə, bu, müstəntiqlərin faydalı informasiya əldə etdiyini göstərir. Hələlik, məsələylə bağlı faktdan çox şayiə var. Prokuror Trampın özünə gedib çıxa bilməsə, prezidentin Rusiya problemləri səngiyə bilər. Əks halda, durum kəskin dəyişər.

"ABŞ-da siyasi ekspertlər bir məsələdə yekdil düşünürlər ki, gələn il respublikaçılar Trampı impiçment etməyəcək. Amma noyabr seçkisində demokratlar respublikaçıların qeyri-populyarlığından yararlanaraq, Senat, yaxud Nümayəndələr Palatasına nəzarəti ələ ala bilsələr, durum dəyişə bilər”, – müəllif yazır.

2. Trump, yaxud Şimali Koreya hədə-qorxu dilindən kənara çıxa, hərbi addıma əl ata bilərmi?

Məqalədə Şimali Koreya ətrafında baş verənlərin mümkün trayektoriyasını proqnozlaşdırmağın asan olduğu vurğulanır. Görünən odur ki, Kim Çen In getdikcə daha güclü bomba və raketləri sınaqdan keçirəcək. Pxenyanın ABŞ-ı vurmaq qabiliyyəti gücləndiksə, Vaşinqton da aqressivləşəcək, amma fəlakətli qarşıdurmayla sonuclana biləcək istənilən hücumla bağlı könülsüz davranacaq. Ən aydın olan odur ki, Tramp Pentaqondan gələn xəbərdarlıq mesajlarını gözardı edəcək, Kim rejimini və silah proqramını hərbi yolla zərərsizləşdirməyə çalışmayacaq.

3. Avropanın çoxsaylı böhranları həlledici məqama çatacaqmı?

Müəllif bu il Avropadan ötrü təlatümlü keçdiyini yazır. Ötən il Brexit səsverməsində Böyük Britaniyanın Avropa Birliyindən çıxması dəstəkləndi, bu il Fransa və Niderlandda ifrat sağçıların seçkidə önə çıxması önləndi. Almaniyada kansler Angela Merkelə dəstəyin azaldığı üzə çıxdı. İspaniyada Kataloniya müstəqillik mücadiləsini gücləndirdi.

Amma bu problemlərin heç birinin arxada qaldığını söyləmək mümkün deyil. Brexit danışıqları davam edir. İfrat sağçılar da asanlıqla geri çəkilən deyillər. Belçika, Çexiya, Hollandiya, Finlandiya, Macarıstan, İrlandiya, İtaliya və İsveçdə gözlənən seçkilərdə populistlərin nüfuzunu necə irəliləməsi diqqətlə izlənəcək.

4. Amerikanın Yaxın Şərqdə nüfuzu azaldıqca yeni münaqişələr püskürə bilərmi?

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra, 2018-ci ildə Amerika bu regionda hadisələrin mərkəzində daha az görünə bilər. ABŞ qüvvələri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının tör-töküntüsünü təmizləməkdə davam edəcək. Amma Vaşinqtonun getdikcə regiondakı ağırçəkililər – Səudiyyə Ərəbistanı və İranın kölgəsində qalacağı qeyd olunur.

Tehran bu il İraqda və Suriyada təsirini gücləndirib və sünni Səudiyyə Ərəbistanının və onun Körfəz müttəfiqlərinin şiə rəqibinə qarşı daha da fəallaşacağı proqnozlaşdırılır. Yəməndə münaqişənin davam edəcəyi gözlənir.

Bəzi təhlilçilərsə inanırlar ki, Ər-Riyad sakitcə İsraili Livanda İranın dəstəklədiyi Hezbollah qruplaşmasına qarşı müharibə barədə düşünməyə həvəsləndirir.

Gələn il izlənəsi daha bir məqam kürdlərin Türkiyə, Suriya və İraqda daha böyük nüfuz qazanmağı çalışmasıdır. Sentyabrda kürdlərin müstəqillik referendumundan sonra əsəblər xeyli tarıma çəkildi.

5. Rusiya və Çində hakimiyyətə meydan oxuyanlar güclənəcəkmi?

Müəllif bu ilin Moskva və Pekindəki dövlət başçıları üçün pis keçmədiyini yazır. Çin prezidenti Xi Tsinpinqin, onun rusiyalı həmkarı Vladimir Putinin işləri bundan yaxşı gedə bilməzdi. Amma Rusiyada bu il hökumətə, korrupsiyaya qarşı etirazlar diqqət çəkdi. Putin gələn il bunların davamını, onun qalib gələcəyi proqnozlaşdırılan prezident seçkisinə problem yaratmasını istəməz. Çində Xi hakimiyyətini qoruyub saxlasa da, özəlliklə, Honq Konqda narazılığın artmasının əlamətləri görünür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI