Mədəniyyət və İncəsənət Universitetinə yeni rektor təyin edildi

MƏDƏNİYYƏT
18:01 30.07.2018
10683

 Prezident İlham Əliyev Ceyran Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, musiqişünas Ceyran Mahmudova mərhum bəstəkar Emin Sabitoğlunun qızıdır.

OXŞAR XƏBƏRLƏR