Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?
SOSİAL
19:24 18.03.2019
3396
"Martın 21-dən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək".

AZXEBER.COM-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, martın 19-u axşam saatlarında Bakıda küləyin sürəti səngiyəcək.

U. Tağıyeva qeyd edib ki, martın 20-də Azərbaycanın bəzi rayonlarında, habelə Bakı və Abşeron yarımadasında yağışlı hava şəraiti müşahidə ediləcək: "Martın 21-də isə respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə olunacaq, hava yağmursuz keçəcək".
OXŞAR XƏBƏRLƏR