Azərbaycan Rusiyaya nota verdi

SİYASƏT
19:48 15.10.2019
18308

Cari ilin 11 oktyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan ilə Rusiya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

 

Bundan əlavə, Notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanmış, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi rica edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”

19:19 10.07.2020

Yaponiyada koronavirus sürətlə yayılır

19:11 10.07.2020

Azərbaycanda plazma müalicə müsbət nəticə verir

19:03 10.07.2020

XİN-də həbslər davam edir - DTX-dən rəsmi açıqlama

18:57 10.07.2020

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

18:42 10.07.2020

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı

18:37 10.07.2020

Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"