05:12 şənbə, 16 Noyabr 2019
SOSİAL

İki rayonda qaz olmayacaq

12:24, 21.10.20193965
İki rayonda qaz olmayacaq
Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı "Şəhər-Muğan" daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.

"Azəriqaz" İstehsalat Birliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
XƏBƏR LENTİ