Onların sırasına kompüter, mobil telefon, noutbuk, televizor və digər elektron avadanlıqlar daxildir
Ericsson şirkətinin proqnozlarına görə, 2020-ci ilə 50 milyarda yaxın işlək elektron qurğu mobil operator və ya internet provayderlərin şəbəkələri vasitəsilə internetlə qarşılıqlı əlaqə yaradacaq. Onların sırasına kompüter, mobil telefon, noutbuk, televizor və digər elektron avadanlıqlar daxildir. AZXEBER.COM-un məlumatına görə, şirkətdən bildirirlər ki, müasir elektron qurğuların əksəriyyəti mobil olmaqla internetə çıxış imkanı əldə edəcək. Şəbəkə imkanları demək olar hər yerə nüfuz edəcək və hazırkı bütün ev qurğuları internet şəbəkəsi ilə işləyə biləcək. Cybersecurity-nin məlumatına görə, şirkət insanların müdaxiləsi olmadan bir qurğunun digəri ilə birləşərək məlumatları ötürəcək M2M-birləşmələr (Mashine-to-Mashine) sahəsində əhəmiyyətli inkişafın olacağını proqnozlaşdırır. Hazırda birləşmələrin əksər hissəsi insanların müdaxiləsi ilə məhdudlaşır, yəni istənilən birləşmə bu və ya digər halda insandan asılıdır. Gələcəkdə isə bir-biri ilə insanlarsız “ünsiyyət” qura biləcək yeni qurğular yaradılacaq. Məhz belə qurğular qoşulmaların sayının artmasına zəmin yaradacaq.