Şirvanda yeni doğulan körpə öldü

Şirvanda yeni doğulan körpə öldü
SOSİAL
09:44 14.02.2020
1807
Şirvan şəhərində iki gün əvvəl doğulan körpə ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib.

Bu gün səhər saatlarında körpə ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR