Bu axşam Fitr bayramıdır, zəkat necə çıxarılmalıdır?

SOSİAL
15:09 23.05.2020
1137
 

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

İlahiyyatçı Hacı Fəxri Sadıqov "Report”a açıqlamasında bildirib ki, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: "Fitr sözünün ərəb dilində mənası "Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.

Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik. Hər bir müsəlmanın, istər ibadət əhli olsun, istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”.

F.Sadiqov vurğulayıb ki, Fitrə zəkatını imkansız və ailəsinin dolanışğını çətin əldə edən şəxsə vermək lazımdır: "Bu şəriət göstərişi insanın il boyu istifadə etdiyi arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun hər adam başına 3 kq ölçüsü ilə çıxarılır. Fitrə zəkatını müsəlmanın növbəti Ramazana kimi canının təminatı kimi də başa düşmək olar. Qeyd olunan vaxtda onun evinə gələn qonağın da fitrə zəkatını verməsi ev sahibinin öhdəsində olur. Aşkarda günah edən şəxsə (şərab içən, qumar və bu kimi haram yollara aludə olanlara) fitrə vermək olmaz. Əgər belə bir şəxsə fitrə verilsə, o fitrəni yenidən çıxardıb əsl sahibinə (fəqirə) vermək lazımdır”.

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: "Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir. Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası, o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən, mayın 24-də qeyd ediləcək”.

Qeyd edək ki, Azərbaycan məscidlərində koronavirus pandemiyası səbəbindən bayram namazı qılınmayacaq

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:19 27.10.2020

“AccessBank” tender elan edir

16:17 27.10.2020

Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

16:10 27.10.2020

"Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"

16:04 27.10.2020

“Yüksəliş” müsabiqəsinin iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

15:55 27.10.2020

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

15:37 27.10.2020

Nazirlik “WhatsApp”da yayılan mesajla bağlı xəbərdarlıq etdi

15:31 27.10.2020

"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbə deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır"

15:26 27.10.2020

Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

15:20 27.10.2020

Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

15:17 27.10.2020

İran XİN rəhbərinin müavini Bakı və İrəvana səfər edəcək

15:16 27.10.2020

Ermənistanda real sektor: real çöküş

14:59 27.10.2020

Azərbaycanda bu gün 663 nəfər koronavirusa yoluxdu

14:59 27.10.2020

Ermənistanın rəsmən etiraf etdiyi 1037 itkisinin - ADLARI

14:55 27.10.2020

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

14:48 27.10.2020

“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO

14:42 27.10.2020

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir