Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
DÜNYA
23:34 05.06.2020
1110
Türkiyədə 5,3 bal gücündə zəlzələ olub.

Bu barədə AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Malatyada qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Zəlzələ Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa və Elazığda da hiss edilib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat verilmir.  
OXŞAR XƏBƏRLƏR