Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb - RƏSMİ

Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb - RƏSMİ
SİYASƏT
21:40 23.07.2020
7896
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanat yayıb. 

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 23 iyul 2020-ci il tarixli Bəyanatını rəhbər tutaraq bildiririk:

İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vemiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı, terrror xarakterli hücumlara cəhd edir. Xarici ölkələrdəki azərbaycanlı icma üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc həmvətənlilərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.

Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. 

Azərbaycanın Belçika və Lüksemburqda yaşayan və tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunmasına naminə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.

Şərəfli Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlilərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.

Onlar iyul 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız "Yaşasın Azərbaycan!”, "Yaşasın dövlətimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ Azərbaycandır”, "Xocalıya Ədalət”, "Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpənvər mahnıları yüksək həvəs və sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımı cavabı veriblər.

Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.

Məğlub və aqressiv erməni radikalları diplomatik  missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlilərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də "REAL TV”-nın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, süsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hal-hazıra olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Ümumilkdə, baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.

Bütün bunlara baxmayaraq, yüksək vətənpərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi olaraq, bütün həmvətənlilərimizə təşəkkür edir və bildiririk ki, Azərbaycanımızın müdafiəsi naminə birlik olan həmvətənlilərimizlə qürur duyuruq.

Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq