Rusiyanın Energetika naziri Aleksandr Novak COVID-19-a yoluxub.
İz.ru xəbər verir ki, bunu Rusiya hökumətinin başçısı Mixail Mişustin açıqlayıb.
Rusiyanın Energetika Nazirliyinin rəsmi nümayəndəsi Olqa Qolantın TASS-a verdiyi məlumata görə, nazirdə koronavirusun simptomları müşahidə olunmayıb:
"Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novakın Uzaq Şərqə işgüzar səfəri zamanı verdiyi COVID-19 testi müsbət nəticə göstərib. Hazırda virus asimptomatikdir və Aleksandr Valentinoviç özünü yaxşı hiss edir.
Rusiya Energetika Nazirliyinin rəhbəri vəzifəsinin icrasına uzaqdan davam edəcək. Xüsusilə avqustun 19-da o, videobağlantı vasitəsilə OPEC+ ölkələrinin monitorinq komitəsinin iclasında iştirak edəcək”.
Novak Rusiyanın Baş naziri Mixail Mişustinin Uzaq Şərqə səfərində iştirak edib, ancaq onu vaxtından əvvəl yekunlaşdırıb.