Türkiyədə son sutka ərzində daha 1 303 nəfərdə koronavirus aşkarlanıb, 23 nəfər isə dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 253 108-ə, ölənlərin sayı isə 6 039-a çatıb.
Son sutka ərzində 1 002 xəstə sağalıb. İndiyədək sağalanların sayı 233 915 nəfərdir.