xari

Türkiyədə zəlzələ oldu

DÜNYA
10:46 24.01.2021
980
Türkiyədə zəlzələ qeydə alınıb.

Məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumata görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.

OXŞAR XƏBƏRLƏR