DÇ-2026: Norveç 1/8 finala yüksəldi

DÇ-2026: Norveç 1/8 finala yüksəldi
İDMAN
23:08 30.06.2026
283
Futbol üzrə dünya çempionatında Norveç Fildişi Sahili millisini məğlub edib.

AZXEBER.COM xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .

Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.

Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.
OXŞAR XƏBƏRLƏR