Bakının əsas magistral yollarında sürət həddi endirildi

Bakının əsas magistral yollarında sürət həddi endirildi
SOSİAL
10:17 03.04.2021
296
Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
OXŞAR XƏBƏRLƏR