Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

HADİSƏ
22:00 25.05.2021
505
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR