Azərbaycanın tanınmış alimi vəfat etdi

Azərbaycanın tanınmış alimi vəfat etdi
SOSİAL
16:36 12.06.2021
2062
Azərbaycanın tanınmış alimi, "Əməkdar müəllim" Əsgər İsayev uzun sürən ağır xəstəlikdən vəfat edib.

Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Böyük Qara Kilsə rayonunun Saral kəndində anadan olmuşdur. 

1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.

Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 

1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır.

1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 

23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır.

Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur.

İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.

Professor Ə.M.İsayev 1976-cı ilin oktyabr ayından "İnşaat mexanikası" və "Nəzəri mexanika" kafedraları birləşənə qədər – 07.11.2012-ci ilə qədər "İnşaat mexanikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Professor Ə.M.İsayevin elmi rəhbərliyi altında 23-dən çox aspirant müdafiə etmiş və onların bir hissəsi hal-hazırda İran İslam Respublikasında, Türkiyədə, İzraildə, Suriyada, Sudanda, Tunis Ərəb Respublikasında və Almaniyada müvəffəqiyyətlə öz ixtisasları üzrə çalışırlar.

1993-cü ildən 2000-ci ilə qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetində elm və texnika üzrə prorektor vəzifəsində çalışıb.

Ə.M.İsayev 1985-ci ildən başlayaraq müxtəlif illərdə respublikanın texniki ali məktəblərinin Müdafiə Şuralarında üzv, sədv müavini, sədr, Ali Attestasiya Komitəsində ekspert şurasının üzvü və apponent olmuşdur.

Professor Əsgər İsayev işlədiyi müddətdə Bakı Metropolitenində, SSRİ-nin Dəqiq Cihazlar Sənayesinin müxtəlif obyektlərində, Ukraynanın Qara Dəniz Birliyində təsərrüfat hesablı elmi-tədqiqat işləri aparmış, Odessa Gəmiçilik İnstitutunun Bakı filialında, "Təfəkkür" Universitetində müxtəlif illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Professor Əsgər İsayevin 125-dən çox elmi məqalələri var, "daş konstruksiyalarına" və "inşaat mexanikasına" aid 3 dərslik, 20-dən çox elmi-metodiki göstəriş çap etdirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Nəzəri və tətbiqi mexanika" jurnalının baş redaktoru, ASSR-inin Təhsil Nazirliyinin VEM şurasının "İnşaat" və "Mexanika" bölməsinin üzvü, AzMİU-nun metod şurasının və Tikintİ-İqtisad fakültəsinin elmi və metodiki şuralarının üzvüdür.

Professor Ə.M.İsayev tələbəlik illərindən başlayaraq indiki dövrə qədər bütün fəaliyyətini tikinti sahəsinin praktikasına, təhsilinə, elminə və bu sahənin bütün mərhələsində kadr hazırlığına həsr etmişdir.

Professor Ə.M.İsayevin yetişdirdiyi inşaatçı kadrlar bu gün keçmiş SSRİ ərazisində, Amerika qitəsində və yaxın Şərq ölkələrində uğurla işləyirlər.

Əsgər İsayev 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı almışdır. 2 övladı var.

Əsgər İsayev onu sevənlərin qəlbində daim yaşayacaq. 
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib