Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

SOSİAL
13:41 22.10.2021
1066
Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZXEBER.COM-a verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
 
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

OXŞAR XƏBƏRLƏR