İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü
SİYASƏT
16:26 28.11.2021
351
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:

-Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.

Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ var. Birinci – növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü – növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz.

Prezident İlham Əliyev deyib:

-Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu sammitdə bizim iştirak etməyimiz təşkilatımızın prinsiplərinə sadiq olduğumuzu təsdiq edir.

Bakıdan buraya uçanda gözəl panoram, əkilmiş tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Əlbəttə, Aşqabad burada olanları ilk dəqiqələrdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadanı uğurla keçirdiniz. Bu, onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadına əsaslanaraq inamla irəliləyir. Bu, bizi ürəkdən sevindirir.

Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.

Prezident Qurbanqulu Berdiməhəmmədov: Bilirsiniz, mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
09:49 09.10.2026
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
09:46 09.10.2026
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
09:37 09.10.2026
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
09:31 09.10.2026
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
09:21 09.10.2026
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
09:16 09.10.2026
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
09:12 09.10.2026
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
09:06 09.10.2026
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
08:59 09.10.2026
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
“Hücumlara hazır olun, ehtiyat toplayın”
08:48 09.10.2026
“Hücumlara hazır olun, ehtiyat toplayın”
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:42 09.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
08:35 09.10.2026
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
08:30 09.10.2026
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
08:22 09.10.2026
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
08:14 09.10.2026
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib
08:06 09.10.2026
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib