MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq

MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
SİYASƏT
09:49 09.10.2026
113
Türkmənistanın "Avaza” milli turizm zonasında MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

AZXEBER.COM xəbər verir ki, iclasın gündəliyində bir sıra əsas məsələlər, o cümlədən 2027-ci ildə MDB-də sədrlik haqqında, MDB Dövlət Başçıları Şurasını növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, MDB-də 2028-ci ilin "Sosial inkişaf və həyat keyfiyyəti ili” elan edilməsi, MDB-də 2029-cu ilin "Nəqliyyat bağlılığı ili” elan edilməsi, Azərbaycan Respublikasının MDB-də 2027-ci ildə həmsədrliyi və 2028-ci ildə sədrliyi daxildir.

Sədrlik və həmsədrlik MDB-də rotasiya və davamlılıq prinsiplərinə əsaslanan əsas idarəetmə mexanizmidir.

Sədrlik növbə ilə hər bir iştirakçı dövlətə ötürülür. Əlifba sırası ilə (ölkənin rus dilində adı ilə) həyata keçirilir və bir təqvim ili (1 yanvar - 31 dekabr) davam edir.

Sədrlik edən ölkə MDB-nin bütün cari fəaliyyətlərini əlaqələndirir, gündəliyi müəyyən edir və öz ərazisində əsas Zirvə görüşlərinə (Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və s.) ev sahibliyi edir.

Həmsədrlik eyni vaxtda iki ölkə tərəfindən həyata keçirilir. Keçən il MDB-yə sədrlik edən və növbəti il sədrliyi öz üzərinə götürəcək ölkələr avtomatik olaraq həmsədr olurlar. Bu mexanizm davamlılığı təmin etmək məqsədilə işlərin rahat təhvil verilməsini təmin edir və çoxtərəfli tədbirlərin hazırlanması zamanı iş yükünün bölüşdürülməsinə kömək edir.

2026-cı ildə sədr Türkmənistan, həmsədrlər isə Tacikistan (2025-ci ildə sədr olmuşdur) və Özbəkistandır (2027-ci ildə sədr olacaq).

MDB Dövlət Başçıları Şurasının iclasının yekununda dövlət başçıları tərəfindən sənədlər imzalanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
10:24 09.10.2026
Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi vacibdir
10:14 09.10.2026
Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi vacibdir
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
09:49 09.10.2026
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
09:46 09.10.2026
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
09:37 09.10.2026
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
09:31 09.10.2026
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
09:21 09.10.2026
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
09:16 09.10.2026
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
09:12 09.10.2026
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
09:06 09.10.2026
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
08:59 09.10.2026
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
“Hücumlara hazır olun, ehtiyat toplayın”
08:48 09.10.2026
“Hücumlara hazır olun, ehtiyat toplayın”