Bakıda restoranda yanğın

SOSİAL
19:22 01.12.2021
259
Bakıda restoranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Bəydəmirli kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR