Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 82 yaşlı Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.