"Whatsapp"dan daha bir yenilik

MARAQLI
16:58 10.05.2022
614
"İnstagram"ın daha bir xüsusiyyəti "Whatsapp"da tətbiq ediləcək. 

AZXEBER.COM xəbər verir ki, "WhatsApp” Android və iOS üçün yeni funksiya üzərində işləyir.

Belə ki, artıq söhbət siyahısında status yeniləmələrinin göstərilməsi planlaşdırılır. Yeni xüsusiyyətə görə, istifadəçi söhbətə klik etsə, WhatsApp-da söhbət ekranı açılacaq. İstifadəçi həmin şəxsin profil şəklinə klik edərsə, bu dəfə həmin şəxsin status yeniləməsi açılacaq.

Qeyd edək ki, bu funksiyanın üzərində yoxlamalar aparılsa da, nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR