Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
SOSİAL
17:36 12.05.2022
404
Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə AZXEBER.COM-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub:

"Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib”.
OXŞAR XƏBƏRLƏR