2023-də ucuzlaşmalar olacaqmı? - AÇIQLAMA

2023-də ucuzlaşmalar olacaqmı? - AÇIQLAMA
İQTİSADİYYAT
14:52 09.12.2022
1535
Proqnozlara görə, 2023-cü ildə inflyasiya səviyyəsi nisbətən aşağı düşəcək. Ekspertlər hesab edir ki, 2023-cü ildə inflyasiya səviyyəsinin 2022-ci illə müqayisədə azalması gözlənilir. Əgər belə olarsa, müəyyən sahələrdə qiymətlərin ucuzlaşması da müşahidə oluna bilər.

Məsələ ilə bağlı iqtisadçı ekspert Emin Qəribli AZXEBER.COM-a fikirlərini bildirib. Onun sözlərinə görə, növbəti il inflyasiyanın nisbətən azalması gözləniləndir:

 

"İnflyasiyanın azalması gələn il gözlənilir. Amma bu məsələlərlə bağlı inkişaf proqnozları var, müəyyən ssenarilər üzrə qurulur. Gələn il dünya iqtisadiyyatında resessiya (iqtisadi artım templərinin zəifləməsi və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsi) davam edərsə, təbii ki, bu, iqtisadiyyatın bütün sahələrinə təsir edəcək, o cümlədən də, enerji daşıyıcılarına. Son dövrlər enerji daşıyıcılarında azalmanı da hiss edirik. Təbii ki, bu da sənaye məhsullarına təsir edə bilər və bu ssenari ilə dünya iqtisadiyyatında resessiya davam edərsə, dünya bazarlarında məhsullarda müvəqqəti ucuzlaşmalar ola bilər. Amma bu, müvəqqqəti xarakter daşıya bilər”.

Ekspert qeyd edib ki, dünya iqtisadiyyatında iqtisadi inkişaf baş verərsə, burada azalma olmaz. Nisbətən inflyasiyanın dərəcəsinin azalması ola bilər. Çünki artıq inkişaf etmiş ölkələrin əksəriyyəti qabaqlayıcı tədbirlər görürlər. Yəni burada söhbət daha çox inflyasiyanın keçən il, ondan öncəki illə müqayisədə azalmasından gedir. 

Emin Qəribli bildirib ki, son illər dünyada gedən proseslər dayanarsa, həmin gərginliklər səbəbilə baş verən qiymət artımları azala bilər:

"Bir şeyi də qeyd etmək lazımdır ki, son illər ərzində, pandemiya dövründə qida məhsullarının qiymətləri kəskin artırdı. Buna səbəb də qeyri-sabit geoiqtisadi və geosiyasi durumdur. Rusiya-Ukrayna münaqişələr və digər səbəblər. Bu problemlər həll olunarsa, o zaman müəyyən gərginlik aradan qaldırıla bilər, bu sahədə müəyyən azalmalar müşahidə oluna bilər. Yəni məhz qeyd olunan gərginliklərlə bağlı baş verən artım azala bilər. Dünya iqtisadiyyatına baxanda görünür ki, inflyasiya dərəcəsi ən azından 2-3 faiz mütəmadi olur. Azalma olsa da, həmin faizlə bağlanır. Ona görə də qiymətlərin kəskin ucuzlaşmasını hiss etmək olmur”. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi