Azərbaycan könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib - FOTO

GƏNCLİK
22:17 26.02.2023
4660
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv olan könüllülər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçiriblər.

Azərbaycan könüllüləri soyqırımı qurbanlarının yad edilməsi, faciənin beynəlxalq birlik tərəfindən layiq olduğu siyasi-hüquqi qiyməti alması istiqamətində vətəndaşlar arasında təbliği və şəhərimizin qonaqlarının Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açan insanlığa qarşı cinayət haqqında məlumatlandırılması məqsədilə şəhərin müxtəlif ərazilərində sakinlərə bukletlər paylayıblar.

Turistlərin və ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının Xocalı soyqırımı həqiqətləri ilə tanış olması üçün "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış bukletlər, 24-25 fevral tarixlərində şəhərin müxtəlif ərazilərində, Hüseyn Cavid parkı, Fəvvarələr meydanı, Sahil bağı, Elmlər, Sahil, İçərişəhər və Gənclik metrolarının qarşısı, ASAN Xidmət və DOST Mərkəzlərində paylanılıb.

Fevralın 26-da AKTİ-nin təşkilatçılığı ilə müxtəlif qurumları təmsil edən könüllülər Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə "Ana harayı” abidəsinə yürüş təşkil ediblər. Rəsmi nümayəndələrin və təşkilat rəhbərlərinin iştirakı ilə baş tutan yürüşdə 300-ə yaxın Azərbaycan könüllüsü iştirak edib.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib