Messi “Barselona”ya qayıdır?

İDMAN
20:33 30.05.2023
217
PSJ ilə müqaviləsi sezon sonu başa çatacaq Lionel Messi "Barselona”ya qayıtmayacaq.

"Əl Hilal" da daxil olmaqla bir çox klublardan təklif alan argentinalı ulduz bir neçə gündən sonra gələcəyi ilə bağlı qərarını verəcək.

Məlumata görə, Messinin seçimləri arasında əfsanələrindən biri olduğu "Barselona” yoxdur.

Qeyd olunub ki, "Barselona”nın prezidenti Joan Laporta və baş məşqçi Xavi Hernandezin marağından xəbərdar olan Messi klubdan konkret addım görmədiyi üçün daha gözləmək istəmir və yeni klubunu qısa müddət sonra müəyyən etməyi hədəfləyir.
OXŞAR XƏBƏRLƏR