Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

İDMAN
14:11 02.07.2023
225
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

Yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Tramontana ilə qarşılaşıb.

Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarında birinci olub.
OXŞAR XƏBƏRLƏR