Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 124 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 967 544, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 575, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 537, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 312 nəfər təşkil edir.