Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
SİYASƏT
22:01 31.08.2023
286
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR